Saytımızı qiymətləndirin


 
 

MSK daha bir məntəqənin nəticələrini ləğv etdi
Tarix: 20-02-2020 | Saat: 18:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 107 saylı Qazax seçki dairəsindən namizəd Ramin Göyüşovun müraciətinə baxılıb.

"Qarabaginfo" xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində 12 məntəqə üzrə 20 videogörüntü, akt və digər sənədlərin surətlərini təqdim edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə əlaqədar məlum olub ki, bir məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”. 

İclasda həmin dairənin bir seçki (2 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib



Xəbəri paylaş

424 dəfə oxunub.

Digər xəbərlər