Saytımızı qiymətləndirin


 
 

“Azəriqaz”da struktur islahatı
Tarix: 20-02-2020 | Saat: 17:37
Bölmə:Karusel / Sosial | çapa göndər

 

“Azəriqaz”da struktur islahatı

 

Fevralın 20-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin imzaladığı əmrlə qurumda struktur islahatı aparılıb. 

“Qarabaginfo” xəbər verir ki, Bakı Regional Qazın Satışı Departamenti, Bakı Regional qaz ölçü qurğularına xidmət Departamenti və Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi birləşdirilməklə onların bazasında Bakı Regional Qazın Satışı Depatamenti yenidən formalaşdırılıb. Bu məqsədlə Birliyin idarəetmə aparatına daxil olan 100-ə yaxın aşağı dərəcəli işçilərin ştatı bağlanaraq yeni Departamentə köçürüləcək. 

Lakin onların, xüsusən də mühəndis heyətinin struktur islahatları zamanı əmək haqlarında hər hansı azalma baş verməyəcək, əksinə bəzi əməkdaşların məvaciblərində artım qeydə alınacaq. Ümumilikdə isə struktur islahatları işçilərin ixtisarına səbəb olmayacaq.

Qeyd edilir ki, yeni struktur islahatı hər bir abonentə bir neçə xidməti bir yerdə və bir məsul şəxsdən qəbul etməyə imkan verəcək.  



Xəbəri paylaş

412 dəfə oxunub.

Digər xəbərlər