Saytımızı qiymətləndirin


 
 

Ceyhun Bayramov: "ATƏT postmünaqişə reabilitasiya sahəsində prosesə töhfə verə bilər”
Tarix: 02-12-2021 | Saat: 19:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ceyhun Bayramov mina xəritələrini verməsi üçün Ermənistana çağırış etdi » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Təxminən 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi başa çatıb”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ATƏT postmünaqişə sahəsindəki təcrübəli alətləri vasitəsi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan reabilitasiya prosesinə töhfə verə bilər.

“Nazirlər Şurasının İclası Ermənistan və Azərbaycan arasında silahlı münaqişəyə son qoyan və davamlı sülhün bərqərar olması üçün paramentrləri təyin edən Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanmasının 1-ci ildönümünə təsadüf edir. Bu bəyanat xüsusilə də regiondakı nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 2021-ci ilin 11 yanvarında imzalanmış üçtərəfli bəyanatla daha da tamamlandı. Təxminən 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Münaqişədən dərhal sonra Azərbaycan praktiki olaraq azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti işlərinə başladı. Sadəcə, bu il dövlət büdcəsindən 2,2 milyard ayrılıb. Biz artıq avtomobil yolları və hava limanları kimi infrastruktur obyektlərinin tikintisini tamamlamışıq. İşğal zamanı vandalizmə məruz qalmış, korlanmış, mədəni-dini abidələr hazırda yenidən tikilir və bərpa edilir. İşğalın izləri aradan qaldırılır və normal həyata qayıdış davam edir. ATƏT postmünaqişə reabilitasiya sahəsində öz təcrübəli və əlçatan alətləri ilə bu prosesə töhfə verə bilər”.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər