Saytımızı qiymətləndirin


 
 

Spiker: Azərbaycan-Belarus münasibətləri artıq strateji tərəfdaşlıq xarakteri daşıyır
Tarix: 19-05-2026 | Saat: 14:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sahibə Qafarova, Milli Məclisin sədri

 

Azərbaycan-Belarus münasibətləri artıq strateji tərəfdaşlıq xarakteri daşıyır.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə birgə bəyanatında bildirib.

“İqor Sergeyenko hazırda Azərbaycanda yalnız rəsmi səfərdə deyil. O, həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında Belarus Respublikasını təmsil edir və artıq dünən açılış mərasimində də iştirak edib. Bu da, əslində bugünkü Azərbaycan-Belarus münasibətlərinin mahiyyətini açıq şəkildə nümayiş etdirən bir məqamdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, “bu münasibətlər zamanın sınağından çıxıb və Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”. Həqiqətən də, bu gün iki ölkə arasındakı münasibətlər səmimi dostluq, konstruktiv dialoq, qarşılıqlı etimad və dəstək əsasında bütün istiqamətlər üzrə ardıcıl surətdə genişlənir və artıq strateji tərəfdaşlıq xarakteri daşıyır”, - deyə Sahibə Qafarova qeyd edib.



Xəbəri paylaş

33 dəfə oxunub.

Digər xəbərlər