Saytımızı qiymətləndirin


 
 

“Neolit”, “Qızılqaya” və bir neçə restoran sökülə bilər - Video
Tarix: 21-11-2017 | Saat: 17:34
Bölmə:Karusel / Sosial | çapa göndər

 

“Neolit”, “Qızılqaya” və bir neçə restoran sökülə bilər

 

Bir müddət əvvəl “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırması məsələsi ictimai maraq doğurub. “Azərsu”nun iddiasına görə, onlarla sahibkarın obyekti və yaşayış evləri su-kanal xətlərinin mühafizə zolağında inşa edilib. 

Belə ki, təkcə Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib. 

“Qafqazinfo” ictimai maraq doğuran hadisə ilə bağlı bəzi məlumatlar əldə edib. Məlum olub ki, Bakıda illərdir fəaliyyət göstərən bir sıra məşhur restoranlar magistral su kəmərlərinin üstündə tikilib. Bu restoranlar paytaxtın Nizami rayonu Mikayıl Əliyev və Bəkir Çobanzadə küçəsində yerləşir.

Həmin şadlıq evlərinin siyahısında “Neolit”, “Qızılqaya”, “Ay işığı”, “Xəmsə”, “Sarı gəlin”, “Xarı bülbül”, “Xan qızı”, “Yeddi gözəl” kimi restoranlar var. 



Xəbəri paylaş

670 dəfə oxunub.

Digər xəbərlər