Saytımızı qiymətləndirin


 
 

Prezident Səlim Müslümovun layihəsini təsdiqlədi - Milli Observatoriya nədir?
Tarix: 04-07-2019 | Saat: 18:42
Bölmə:Karusel / Sosial | çapa göndər

Prezident Səlim Müslümovun layihəsini təsdiqlədi -Milli Observatoriya nədir?CƏMİYYƏT18:00 2019-07-04


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Fərman imzalayıb.

Qarabaginfo "Unikal.org"a istinadən xəbər verir ki, yaradılacaq yeni qurum hansı xidmətləri göstərəcəyi ilə bağlı məsələni araşdırıb. Məlum olub ki, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi NaziriSəlim Müslümovun təklifi əsasında yeni qurum yaradılıb. Milli Observatoriyanın yaradılması ilə bağlı Konsepsiya sənədi və Tədbirlər Planı məhz sabiq nazir Səlim Müslümovun rəhbərliyi altında hazırlanıb. 

Məhz Səlim Müslümov rəhbəri olduğu layihənin, Milli Observatoriyanın (müşahidə sisteminin) reallaşdırması üçün beynəlxalq təşkilatların, yerli dövlət qurumlarının rəhbərləri ilə də dəfələrlə müzakirələr həyata keçirib. 

Milli Observatoriyada hansı işlər görüləcək?

Ölkəmizdə əhalinin səmərəli məşğulluğunun təmin olunması məqsədilə əmək bazarının mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinqlərin aparılması, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınaraq, həmçinin əmək bazarında zəruri kvalifikasiyalar müəyyən olunmaqla orta və uzunmüddətli dövr üçün təkmil proqnozlaşdırma sisteminin yaradılması dövlət məşğulluq siyasətinin prioritet istiqamətləri sırasındadır. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu məqsəd ifadə olunub. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 1.1.1-ci bəndində də əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmaqla əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması tədbiri əksini tapıb.

Konsepsiya sənədinə uyğun olaraq Milli Observatoriyanın fəaliyyətinin təşkili və idarəetmənin həyata keçirilməsi məqsədilə əmək bazarının proqnozlaşdırılması sahəsində prioritetləri və siyasəti müəyyən edən Milli Kvalifikasiyalar Şurasının, statistik məlumatların emalını və proqnozların hazırlanmasını təmin edən 10 nəfər yüksək ixtisaslı mütəxəssisdən ibarət analitik qrupun və proqnozların hazırlanması üçün zəruri statistik məlumatları təqdim edən aidiyyəti orqanların nümayəndələrindən ibarət dəstəkləyici qrupun yaradılması nəzərdə tutulur. Milli Observatoriyanın statusu ilə bağlı bir sıra təkliflər də təqdim olunub.

Ümumilikdə, Azərbaycanda Milli Observatoriyanın yaradılması prosesinin 2020-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulur. 



Xəbəri paylaş

531 dəfə oxunub.

Digər xəbərlər