Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda problemli kreditlər azalmaqda davam edir
Tarix: 11-03-2019 | Saat: 10:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 569,4mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 1%, ötən il fevralın 1-nə nisbətən isə 7,5%azdır.

Yanvarın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,6% təşkil edib. Bu nisbət ötən ilin sonuna 12,2%, ötən ilin yanvarın sonuna isə 14,55% olub. 



Xəbəri paylaş

505 dəfə oxunub.

Digər xəbərlər
30-03-2022, 19:11 Puşkin həbs OLUNDU