Saytımızı qiymətləndirin


 
 

Bu kadrlara görə sürücü işdən çıxarıldı - Video - Video
Tarix: 13-10-2017 | Saat: 16:55
Bölmə:Karusel / Sosial | çapa göndər

Bu kadrlara görə sürücü işdən çıxarıldı

 

Yolun əks istiqaməti ilə hərəkət edən 40 nömrəli marşrut avtobusunun sürücüsü işdən azad edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev sosial şəbəkədə yayıb.

O bildirib ki, bu gün sözügedən avtobus sürücüsü ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Müəyyən edilib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TH031 DQN-lı avtobusun sürücüsü sərnişinlə dolu olan nəqliyyat vasitəsi ilə yolun əks istiqamətinə çıxmaqla idarə edib. Bununla da avtobusun sürücüsü Mehdiyev Sadiq Niyazi oğlu sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verib:

“Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, artıq həmin sürücü işdən azad edilib. Eyni zamanda, daşıyıcıya tapşırılıb ki, bu və buna bənzər xoşagəlməz halların təkrarlanmaması üçün zəruri tədbirləri həyata keçirsin”.

Günel Hacı

 



Xəbəri paylaş

635 dəfə oxunub.

Digər xəbərlər
26-09-2022, 14:17 Şolts koronavirusa yoluxub