Saytımızı qiymətləndirin


 
 

Qubada həyətdə aşkarlanan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib
Tarix: 01-03-2019 | Saat: 10:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

Quba sakininin həyətində aşkarlanan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı nazirliyin əməkdaşları tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Azərbaycanın “Qırmızı kitab”ına düşən qonur ayı baytar həkim tərəfindən müayinə olunub. Ayı mərkəzdə iki ay reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.



Xəbəri paylaş

560 dəfə oxunub.

Digər xəbərlər