Saytımızı qiymətləndirin


 
 

Allahşükür Paşazadə Moskvaya səfərə gedir
Tarix: 28-01-2019 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sabah Rusiyanın paytaxtı Moskva şəhərinə səfərə yola düşür.

"Qarabaginfo" xəbər verir ki, bu barədə "Report"a QMİ-nin Mətbuat xidmətindən məlumat verilib. 

Səfər Moskva və bütün Rusiya Patriarxı Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçiriləcək iki günlük təntənəli mərasimlərə Patriarx Kirilin şəxsi dəvəti əsasında baş tutur.

Yanvarın 30-31-də Moskvada keçiriləcək tədbirlər çərçivəsində QMİ sədrinin Patriarx Kirillə görüşü, Kremldə Rusiyanın dövlət rəhbərliyi, habelə bir çox dini liderlərin və yüksək səviyyəli xarici qonaqların iştirakı ilə keçiriləcək  tədbirlərdə görüşləri nəzərdə tutulub.



Xəbəri paylaş

496 dəfə oxunub.

Digər xəbərlər