Rasim Balayev Afət Fərmanqızına əsəbləşdi: “Belə şeyləri efirə buraxmaq olmaz”
Tarix: 25-01-2019 | Saat: 11:21
Bölmə:Karusel / Gündəm | çapa göndər
686 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-01-2019 | Saat: 11:21
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" qəzəlini mahnı kimi ifa edib. Onun bu addımı sosial şəbəkələrdə müzakirələrdə narazılığa səbəb olub.
"Qarabaginfo" xəbər verir ki, "Adalet.az" məsələ ilə bağlı tanınmış aktyor, Xalq artisti Rasim Balayevdən münasibət öyrənib. Rasim Balayev açıqlamasında müğənnini kəskin tənqid etdi:"Sənətdə başsızlıq baş alıb gedir. Yaxşı ki çırtmayla Nəsimini oxumurlar, meyxanaya döndərmirlər. Hər kəs hər şey eləyə bilər artıq. Qoruq yox, qaytaq yox. Kim nə bilir, onu eləyir. Ağlına və ağzına gələni ortaya qoyur. Səviyyəsiz adamlar nə istəyirlər eləyirlər. Gərək bir qayda-qanun ola. Çox adamın ağlından çox fikir keçir. Amma bunu efirə buraxmamaq lazımdır. Hər şey efirə çıxmamalıdır. Bunlar isə ucuz, reytinqə işləyən nə olursa, buraxırlar efirə, milləti də bədbəxt edirlər. Belə şeyləri efirə buraxmaq olmaz axı. İndi deyirsiniz ki, hind mahnısı üzərində Nəsiminin qəzəlini oxuyublar. Vaxt gələcək çırtmayla da oxuyacaqlar, meyxanayla da. Açıq qapıdır, hərə bildiyini eləyir”.
Xəbəri paylaş
Digər xəbərlər
1-06-2021, 16:32
Jurnalistlər COVİD-19 testi verəcəklər
24-12-2021, 17:54
Prezident: “Keçmiş DQMV-nin rayonu olan Hadrutda bir daha deyə bilərəm ki, bu gün Ermənistan ordusu yoxdur”
22-09-2024, 21:33
Azərbaycanın İrandakı səfiri İran XİN-in idarə rəisi ilə görüşüb
24-08-2021, 15:10
Azərbaycan Prezidenti: "Bütün beynəlxalq alətlərdən istifadə edərək öz ərazi bütövlüyümüzü bərpa etdik"
21-04-2022, 21:29
Prezident Şuşada inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub
17-08-2021, 17:15
Jurnalist Niyaz Niftiyev azadlığa buraxıldı
29-08-2024, 17:05
Makron: Serbiya Aİ-yə üzv olmağa maraq göstərmir
23-03-2022, 17:36
Yens Stoltenberq: "Ukraynanın NATO-ya üzvlüyü müzakirə olunmur"
12-06-2021, 14:47
Belarus və Azərbaycan bu il Rusiyaya ağ şəkərin əsas tədarükçüləri olub


















