Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın Moskvadakı səfirliyinə Rusiya XİN-dən heç bir nota daxil olmayıb - RƏSMİ
Tarix: 18-01-2019 | Saat: 09:53
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

Sadəcə məlumat xarakterli yaddaş qeydi daxil olub

 “Rusiya Xarici İşlər Nazirliyindən (XİN) Azərbaycanın Moskvadakı səfirliyinə heç bir nota daxil olmayıb”.

"Qarabaginfo" xəbər verir ki, bunu “Report”un Moskva bürosunun sorğusuna cavab olaraq Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər.

“Nota verilməyib. Sadəcə məlumat xarakterli yaddaş qeydi daxil olub. Hansı ki, rəsmi diplomatik yazışma hesab olunmur. Bu da Rusiyanın erməni mənşəli vətəndaşlarının Azərbaycan hava limanlarında və ya digər sərhəd keçid məntəqələrində gələcəkdə süni əngəllərlə rastlaşmamaları barədə məlumat xarakterli bir xahişdir”,- səfirlikdən bildiriblər.

Qeyd edək ki, son günlər Ermənistan mətbuatı Rusiya XİN-nin bu ölkədəki Azərbaycan səfirliyinə nota təqdim etməsi barədə xəbərlər yayıb.



Xəbəri paylaş

563 dəfə oxunub.

Digər xəbərlər