Saytımızı qiymətləndirin


 
 

“MİR” Teleşirkətinin 25 illiyi ilə bağlı atəşfəşanlıq keçirilib
Tarix: 06-10-2017 | Saat: 11:47
Bölmə:Karusel | çapa göndər

Ötən gün “MİR” Dövlətlərarası Teleradio Şirkətinin 25 illiyi münasibətilə MDB ölkələrində, həmçinin Gürcüstanda  möhtəşəm  atəşfəşanlıq keçirilib.


Modern.az-ın məlumatına görə, böyük maraqla qarşılanan atəşfəşanlıq “MİR” TV-nin  loqosunu özündə  əks etdirən  rənglərlə  ifadə  olunub  və  müəyyən  edilmiş yerlərdə  təşkil olunub. Bakıda isə uzun müddət yaddaşlarda qalacaq yubiley atəşfəşanlığı “Dağüstü” parkda keçirilib. Atəşfəşanlığı “MİR” DTRŞ-nin Azərbaycan Milli Nümayəndəliyinin əməkdaşları ilə yanaşı, xarici turistlər və şəhər sakinləri maraqla izləyiblər.  


Qeyd edək ki, “MİR”  Dövlətlərarası  Teleradio  Şirkəti 1992-ci  ildə  MDB  məkanında  informasiya  mübadiləsini daha dolğun və düzgün çatdırımaq məqsədilə yaradılıb. “MİR”  Teleradio  Şirkətinin verilişləri MDB-yə üzv olan  9  ölkədə, eləcə də Gürcüstanda, Baltik və Şərqi Avropa ölkələrində yayımlanır. Hesablamalara görə “MİR”, “MİR-24”  və “MİR-HD” kanallarını gündəlik 140 milyona yaxın  tamaşaçı izləyir .



Xəbəri paylaş

613 dəfə oxunub.

Digər xəbərlər