Saytımızı qiymətləndirin


 
 

Laçın dəhlizinə alternativ çəkilən yeni yol: ermənilər bu əraziləri tərk edir
Tarix: 28-04-2022 | Saat: 14:39
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçın dəhlizinə alternativ çəkilən yeni yol: ermənilər bu əraziləri tərk edir

Ermənistan mediası Laçın dəhlizinə alternativ çəkilən yolda aparılan tikinti işlərinin fotosunu paylaşıb.

Qarabaginfo.az xəbər verir ki, “Sputnik Ermənistan” saytının əməkdaşları alternativ yolun inşasını araşdırmaq üçün Qarabağa gəlib. Fotonu da erməni jurnalistlər çəkib.

Qeyri-rəsmi məlumatlara görə, yeni yol Kərkicahan istiqamətindən Turşsu meşələrini keçməklə Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinin ərazisinə daxil olur, oradan Gorusun Kornidzor kəndinə keçir. Həkəri çayı üzərindən salınan körpü də yeni marşruta daxildir. Ermənilər Laçın dəhlizinin yeni marşrutunun mövcud yolla müqayisədə daha əlverişsiz olduğunu iddia edirlər.

10 noyabr bəyanatının 6-cı bəndinə uyğun olaraq, Laçın şəhərinin içindən keçən yola altrernativ yol üç il ərzində inşa edilməli, bundan sonra şəhərin mərkəzi də Azərbaycanın nəzarətinə keçməlidir. Prezident İlham Əliyev bu layihənin 2 il ərzində başa çatdırılması üzərində iş aparıldığını açıqlamışdı. Məlumatlara görə, bu ilin sonuna qədər yeni yolun istifadəyə verilməsi planlaşdırılır.

Dəhliz Laçın şəhərinin mərkəzindən keçdiyi üçün bəzi yerlərdə hələ də ermənilər yaşayırlar. Yeni yolun istifadəsindən sonra ermənilər bu əraziləri tərk etməli olacaq. Bununla yanaşı, Kiçik Qaladərəsi və Böyük Qaladərəsində yaşayan ermənilər hazırda istifadə etdikləri əkin və otlaq sahələrini böyük hissəsini də itirmiş olacaq. Rəsmi Bakı Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan vətəndaşlığını qəbul etməsindən sonra daha yaxşı həyatla təmin edəcək.



Xəbəri paylaş

1447 dəfə oxunub.

Digər xəbərlər