Saytımızı qiymətləndirin


 
 

DİN: Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb
Tarix: 21-12-2018 | Saat: 10:19
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, dekabrın 20-də ölkədə 108 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 45 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölmüş, 8 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.



Xəbəri paylaş

827 dəfə oxunub.

Digər xəbərlər