Saytımızı qiymətləndirin


 
 

Türkiyə səfiri: “Qarabağ münaqişəsinin həll edilməməsi beynəlxalq hüquq baxımından utancvericidir”
Tarix: 17-12-2018 | Saat: 12:01
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

“Azərbaycan torpaqlarının işğal altında qalması ən böyük ədalətsizlikdir”.

"Qarabaginfo" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən II Avrasiya Hüquq Qurultayında çıxışı zamanı deyib.

Səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi beynəlxalq hüquq baxımından utancvericidir: “Biz Qarabağda, Fələstində və digər yerlərdə axan göz yaşlarını dindirə bilmiriksə, deməli, insanlıq yaralıdır. Bu istiqamətdə fəaliyyəti görmürük”.

Onun sözlərinə görə, bütün ölkələr davranışlarını qanuni şəkilə salmaq üçün beynəlxalq hüquqa uyğun səbəblər yaratmağa çalışırlar: “İraqda, Əfqanıstanda, Suriyada baş verənlər də bu qəbildəndir. Dünyada böyük ədalətsizlik, haqsızlıq var”.



Xəbəri paylaş

534 dəfə oxunub.

Digər xəbərlər
1-09-2021, 12:43 Sabahın hava proqnozu