Saytımızı qiymətləndirin


 
 

İsrail Azərbaycana yeni səfir təyin edib
Tarix: 16-11-2018 | Saat: 10:13
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

 

 İsrail Xarici İşlər Nazirliyi Azərbaycana yeni səfir təyin olunduğunu elan edib.

"Qarabaginfo" İsrail KİV-inə istinadən xəbər verir ki, bu vəzifəyə Corc Dik təyin edilib.

O, 2015-ci ilin avqustundan etibarən İsrailin Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Dan Stavı əvəzləyəcək.

C.Dik daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotemin böyük məsləhətçisi kimi çalışıb.

İsrail KİV-nin yazdığına görə, ölkə tarixində ilk dəfə səfir postuna xristian ərəb təyin olunub.

Qeyd edək ki, C.Dik nazirlikdə 2008-ci ildən işə başlayıb, ardından 2009-2012-ci illərdə İsrailin Nigeriyadakı, 2012-2015-ci illərdə isə Norveçdəki missiyasının rəhbərlərinin müavini olub. 



Xəbəri paylaş

568 dəfə oxunub.

Digər xəbərlər