KİV: PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq
Tarix: 09-07-2025 | Saat: 09:52
Bölmə:Karusel / Region | çapa göndər
89 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-07-2025 | Saat: 09:52
Bölmə:Karusel / Region | çapa göndər
İyul ayının 11-də PKK terror təşkilatı İraqın Süleymaniyyə şəhərində silahlarını təhvil verəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.
Bildirilib ki, PKK lideri Abdullah Öcalan video vasitəsilə PKK-nın Qəndildə yerləşən qərargahına mesaj göndərəcək və tərksilah prosesi üçün mexanizmin qurulmasına çağırış edəcək.
PKK-nın tam şəkildə tərksilah edilməsinin iki aydan beş aya qədər vaxt aparacağı ehtimal edilir.
Silahlarını təhvil verənlər İraqda yaşayacaqlar.
Qeyd edək ki, təsis olunduğu tarixdən-1984-cü ildən etibarən PKK Türkiyədə 40 000-dən çox insanın ölümünə səbəb olub.
Xəbəri paylaş
Digər xəbərlər
29-06-2021, 11:03
Rəsmi Yerevan: Azərbaycan-Ermənistan sərhədi boyu Rusiya qoşunları yerləşdiriləcək
24-05-2024, 15:36
TARİXİ AN: Qazaxın azad edilən kəndlərində bayrağımız ucaldıldı - VİDEO
17-06-2022, 12:41
XİN: Azərbaycan, Gürcüstan və Ermənistan birbaşa əməkdaşlıq edə bilər
26-06-2020, 15:56
AZAL Bakı-İstanbul-Bakı reysi üzrə aviabilet satışına başlayıb
22-01-2022, 15:52
İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək
26-10-2022, 10:15
İsrail prezidenti ABŞ-a İran PUA-larının Ukraynada istifadəsinə dair sübut təqdim edəcək
28-09-2026, 09:56
WSJ: ABŞ Çinə silah satmağı planlaşdırmır
18-08-2022, 14:21
Qazaxıstan Prezidenti Azərbaycana gəlir

















