Saytımızı qiymətləndirin


 
 

Bakıda sərnişin avtobusu qatarla toqquşub, 1 nəfər ölüb, 16 nəfər yaralanıb
Tarix: 01-10-2018 | Saat: 15:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub.

"Qarabaginfo" “Report.az”a istinadən xəbər verir ki, toqquşma nəticəsində ümumilikdə 17 nəfər xəsarət alıb. Onlardan 6-sı qadın, 9-u kişi, 2-si uşaqdır.

Yaralılardan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, xəstəxanaya aparılan yaralılardan biri dünyasını dəyişib.

Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib. 



Xəbəri paylaş

550 dəfə oxunub.

Digər xəbərlər