Saytımızı qiymətləndirin


 
 

Nyu-Yorkda bıçaqla silahlanmış qadın uşaq bağçasına hücum edib, yaralananlar var
Tarix: 21-09-2018 | Saat: 15:06
Bölmə:Karusel / Dünya | çapa göndər

 Nyu-Yorkda uşaq bağçasına silahlı hücum edilib. 

Bu barədə "Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, polisə hadisə ilə bağlı məlumat yerli vaxtla səhər saat 3.40-da daxil olub. 

Polisdən bildirilib ki, hadisəni törədən bıçaqla silahlanmış 52 yaşlı qadın özünə də xəsarət yetirib. O, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Hücum nəticəsində 5 nəfər, o cümlədən 3 uşaq yaralanıb. Həmçinin uşaq bağçasının bir əməkdaşı və valideynlərdən biri də xasarət alıb.



Xəbəri paylaş

680 dəfə oxunub.

Digər xəbərlər