Saytımızı qiymətləndirin


 
 

Ekologiya və Təbii Sərvətlər naziri Zaqatalada vətəndaşları qəbul edəcək
Tarix: 18-09-2018 | Saat: 12:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Zaqatalada vətəndaşları qəbul edəcək.

"Qarabaginfo" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər veririr ki,

qəbul sentyabr ayının 28-də saat 09:30-da Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olacaq. Qəbulda Zaqatala, Balakən və Qax rayonlarının vətəndaşları iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi 40) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 051-960-60-00, 050-580-88-38, 024-22-08-37) xahiş olunur.



Xəbəri paylaş

580 dəfə oxunub.

Digər xəbərlər