“Şuşa heç vaxt erməni şəhəri olmayıb, olmayacaq da”
Tarix: 01-09-2021 | Saat: 15:59
Bölmə:Karusel / Müsahibə | çapa göndər
1474 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 01-09-2021 | Saat: 15:59
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Prezident İlham Əliyev Vaqif poeziya günlərinin rəsmi açılışı zamanı Şuşanın tarixindən danışıb. Azərbaycan lideri bildirib ki, Şuşanın bərpası ilə bağlı ilk səfəri çərçivəsində bütün lazımi göstərişlər verilib və yanvar ayından bu günə qədər, 7 ay ərzində artıq çox böyük işlər görülüb:
“Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görür. Bəli, şəhər hələ ki, dağılmış vəziyyətdədir. Çünki ermənilər nə qədər çalışalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb və Şuşanın bərpası 14 yanvardan başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi”.
Tanınmış yazıçı-jurnalist Kərim Kərimli bu barədə “Sherg.az”a danışıb:
“Şuşa uzun illər işğalda saxlanıldı. Təbliğat tədbirləri həyata keçirildi. Amma ermənilər özləri də ürəklərinin dərinliyində inanırdılar ki, Azərbaycan nə vaxtsa torpaqlarını geri alacaq. Ona görə orada yalnız özlərinə lazım olacaq qədər tikinti obyekti saxlayıb, qalanlarını dağıtmışdılar. Düşmən Şuşanın onun olmadığını bilirdi. Doğrudan da, Şuşa heç vaxt erməni şəhəri olmayıb və bundan sonra da olmayacaq”.
Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025, 10:44
Netanyahu İrana üçüncü hücumu müzakirə etmək üçün iclas keçirib
21-03-2023, 12:06
Bakıda polis tapança ilə gəzən şəxsi tutdu
17-06-2021, 10:17
BŞTİ: “Yay məktəbi”nin müddəti uzadılmayacaq
13-11-2017, 10:32
AZAL yeni “Boeing” təyyarələri alacaq - 1,9 milyardlıq saziş
16-05-2026, 13:54
Kreml Putinin Çinə səfərinin tarixini açıqlayıb
14-09-2021, 10:28
Səlim Müslümovun həbs müddəti uzadılıb
30-05-2025, 16:55
Məzahir Pənahov: Məntəqə sədrlərinə xüsusi fikir verməliyik
11-03-2026, 21:30
İran Omanın yanacaq anbarlarına zərbə endirib, güclü yanğın başlayıb
21-09-2017, 08:33
Günün qoroskopu:Hisslərinizdəki laübələr işlərinizə təsir etməməlidir.

















