Fövqəladə hallar naziri Mingəçevirdə - Kəmaləddin Heydərov tapşırıqlar verdi +FOTOLAR
Tarix: 04-07-2018 | Saat: 17:33
Bölmə:Karusel / Sosial | çapa göndər


703 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-07-2018 | Saat: 17:33
Bölmə:Karusel / Sosial | çapa göndər
İyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş vermiş qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə prezident İlham Əliyevin 3 iyul tarixli sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.
Dövlət Komissiyasının üzvü, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyulun 3-də və 4-də Mingəçevir şəhərində səfərdə olub. K. Heydərov Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin və "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə sıradan çıxmış cərəyan transformatorunun hazırkı vəziyyəti ilə tanış olub, aparılan təmir-bərpa işlərini yaxından izləyib.
Problemin qısa zamanda tam həll olunmasının vacibliyini diqqətə çatdıran nazir yaranmış vəziyyətin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin diqqətində olduğunu xüsusilə vurğulayıb. Kəmaləddin Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyata keçirilməsi üçün aidiyyatı qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verib.
Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025, 16:09
Rusiyada benzinin ixracına qoyulan qadağa uzadılıb
24-06-2023, 19:50
Söyüdlü kəndində aksiyanın təşkilatçılarından biri həbs olunub
24-10-2021, 08:59
Özbəkistanda Prezident seçkiləri başlayıb
20-05-2022, 11:32
DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib
8-01-2026, 15:17
Səfir: Azərbaycan Çin şirkətlərini strateji tərəfdaş kimi seçib
12-06-2024, 14:45
Mən Şuşaya küyə düşüb gəlmədim! - Akif Əlidən təsirli YAZI
27-02-2018, 10:41
Çingiz Əsgərov: "Avropa Məhkəməsi etiraf edib ki, Azərbaycanın seçki qanunvericiliyi demokratiyaya xidmət edir"
11-12-2025, 10:45
ABŞ Prezidenti Kamboca və Tailandla münaqişənin həllini müzakirə edəcək
25-10-2021, 17:32
Ceyhun Bayramov Əlcəzairin Azərbaycandakı səfiri ilə görüşüb
16-05-2022, 19:40
Nazir: “Avroviziya”nın Ukraynada keçirilməsi üçün hər şeyi edəcəyik”

















