Saytımızı qiymətləndirin


 
 

Elektrik enerjisində fasilə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində nisbi sıxlığa səbəb olub
Tarix: 03-07-2018 | Saat: 11:39
Bölmə:Karusel / Sosial | çapa göndər

 



elektrik enerjisinde fasile siniq korpu gomruk kecid menteqesinde nisbi sixliga sebeb olub
Nisbi sıxlığı aradan qaldırmaq üçün əlavə qüvvələr cəlb olunub

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş hadisə ilə bağlı Dövlət Gömrük Komitəsiinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində problem yaranıb.

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, artıq həmin problem aradan qaldırılıb.

 

"Həmin problemin aradan qaldırılması müddəti ərzində Azərbaycan ilə Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" keçid məntəqələrində nisbi sıxlıq yaranıb. Artıq Dövlət Gömrük Komitəsiinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində yaranan problem aradan qaldırılıb. Sərhəd-keçid məntəqələrində nisbi sıxlığı aradan qaldırmaq üçün hazırda əlavə qüvvələr cəlb olunub.

 

Qeyd edək ki, iyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayışla əlaqədar ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb



Xəbəri paylaş

623 dəfə oxunub.

Digər xəbərlər