Mütəllibov Qorbaçovun Qarabağ və “QKÇP” haqdakı son açıqlamalarına cavab verdi...
Tarix: 22-08-2021 | Saat: 12:16
Bölmə:Karusel / Siyasət | çapa göndər
1387 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-08-2021 | Saat: 12:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

““QKÇP”-nin arxasında məhz Qorbaçovla Yeltsin dururdu. Planlı şəkildə həyata keşirilmiş hadisədir...”
“Mixail Qorbaçovun dedikləri həqiqətə uygun deyil. Əslinə qalsa, keçmiş Sovet İttifaqı ərazisində indiyədək baş vermiş bütün ictimai-siyasi, hərbi faciələrin əsl səbəbkarı Qorbaçov özüdür. Hakimiyyətə gəldiyi ilk anlardan etibarən onun apardığı müəmmalı siyasətin nəticəsində SSRİ-nin tərkibində yaşamış bütün xalqlar, o cümlədən rus xalqı da böyük bəlalarla qarşılaşdı”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş SSRİ-nin sonuncu lideri olmuş Mixail Qorbaçovun bu günlərdə 1980-ci illərin sonundan qondarılan Qarabağ münaqişəsi, eləcə də 30 il öncə - 1991-ci ilin avqustunda Rusiyada baş vermiş müəmmalı “QKÇP” olayı ilə bağlı söylədiyi fikirlərə münasibətini bildirən Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov ifadə edib.
Sovet dövrünün sonlarında və müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin dövlət başçısı olmuş həmsöhbətimiz M.Qorbaçovun 20 Yanvar fasiəsi və Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın işğal edilməsindəki günah və cinayətlərini inkar etməsinə də toxunub.
“Qorbaçovun xalqımızın başına gətirdiyi müsibətləri sadalamaqla bitməz. 20 Yanvar qətliamı, Qarabağ müharibəsinin alovlanması, torpaqlarımızın işğalının başlanması və digər faciələr məhz onun xeyir-duası və müəyyən dünya gücləri qarşısında götürdüyü öhdəliklərin nəticəsində baş verib. Sonradan bu işi Rusiya prezidenti kimi Boris Yeltsin davam etdirdi...
Son müsahibələrinin birində Qorbaçov and içir ki, 1989-cu ilin aprelində sovet ordusuna Tbilisidə qan tökmək əmrini mən verməmişəm və çox əzab çəkirəm. Ağ yalan deyir. Qorbaçov keçmiş sovet respublikaları haqdakı bütün əmrləri özü bilavasitə verib. Bəs Bakıda, Qarabağda tökülən qanların əmrini kim vermişdi? Buna görə niyə vicdan əzabı çəkmir? Törətdiyi haqsızlıqlara görə hesabat verəcəyi günə çox az qalıb!” – deyə eks-prezident bildirib.
“İndi də ara-sıra müsahibələri ilə məsuliyyəti başqalarının üzərinə atmaqla özünü təmizə çıxartmaq niyyəti güdür. SSRİ kimi nəhəng bir dövlətin dağilmasında, “QKÇP”-nin baş verməsində birbaşa Qorbaçov özü təqsirkardır. Hətta bu hadisələrin baş verməsinin əsl səbəblərinin onunla Yeltsin arasındakı intriqaların, oyunların nəticəsi olduğunu desək, yanılmarıq.
SSRİ-nin dağılması və xalqların bəlalarla üzləşməsi prosesinin təməli hələ Qorbaçovun hakimiyyətinin ilk illərində Qarabağdakı erməni separatizmini dəstəkləməsi, onlara havadarlıq etdiyi dövrdə qoyuldu. Buradan da zəncirvari proses bütün Sovet İttifaqını bürüdü. İndi də deyir ki, təqsirkar Belovejsk sazişini imzalamış 3 slavyan respublikasının rəhbərliyidir. Başdan-ayağa yalandır, böhtandır. Bu məsələnin, o cümlədən “QKÇP”-nin arxasında məhz Qorbaçovla Yeltsin dururdu. Planlı şəkildə həyata keşirilmiş hadisədir. Bu barədə çox danışılıb, çox müsahibələr verilib” –deyə Ayaz Mütəllibov vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
21-11-2024, 13:43
Rəsmi Moskva: Gürcüstanın daxili işlərinə Rusiya yox, Qərb qarışır
29-07-2021, 17:38
Rusiya MN Laçını “Dağlıq Qarabağın rayonu” adlandırdı və ordakı ermənilərə yardım etdi!..
14-01-2026, 14:08
ABŞ-ın Qətərdəki aviabazası qismən boşaldıla bilər
8-09-2020, 13:31
Universitetlərə qəbul üçün ixtisas seçiminin vaxtı açıqlanıb
17-02-2021, 21:00
Petrosyandan Paşinyanadək: İNSAN QATİLLƏRİ
27-01-2022, 18:16
Bakıda Avropa İttifaqının dəstəyi ilə seminar keçirildi
28-08-2026, 08:12
Nepalda sel nəticəsində ölənlərin sayı 469-a çatıb
18-12-2023, 12:50
Saatlıda 8 şagird avtobusda dəm qazından zəhərləndi
22-12-2021, 18:46
Azərbaycanda vurulan vaksinlərin sayı 11 milyonu ötüb
21-04-2020, 10:13
"Brent" markalı neft ucuzlaşıb

















