Saytımızı qiymətləndirin


 
 

Sabahdan daha bir marşrut xəttində gediş haqqı "BakıKart”la olacaq
Tarix: 17-08-2021 | Saat: 14:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabahdan daha bir marşrut xəttində gediş haqqı BakıKart”la olacaq

Sabahdan etibarən 130 nömrəli müntəzəm marşrut xətti (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Qarabaginfo.az-a Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən məlumat verir.

"Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb”, - məlumatda qeyd edilib.

POS-terminallar aşağıdakı ünvanlarda quraşdırılıb:

- İntiqam Əliyev küç. Keçid 15/94 (Lökbatan qəsəbəsi)

- Alim Şəbiyev küç. (Lökbatan qəsəbəsi)

- Seymur Orucov küç. (Lökbatan qəsəbəsi)

- 28 may küç. (Lökbatan qəsəbəsi)

- Həmid Sultanov küç 97b, (Xocasən qəsəbəsi)

- Ruslan Allahverdiyev küç, döngə 11 278, (Xocasən qəsəbəsi)

- Rəşid İsmayılov küç 56, Biləcəri dairəsi.



Xəbəri paylaş

285 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70