Saytımızı qiymətləndirin


 
 

Azərbaycanla Türkiyə arasında pilotaj təlimi Sazişi təsdiq edilib
Tarix: 17-07-2021 | Saat: 17:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Azərbaycanla Türkiyə arasında pilotaj təlimi Sazişi təsdiq edilib

 


Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında pilotaj təlimi Sazişi təsdiq edilib.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi”nin təsdiq edilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, 2021-ci il mayın 31-də Konya şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi” təsdiqlənib.

Bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.



Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər