Saytımızı qiymətləndirin


 
 

Hikmət Hacıyev haqda qeyri-etik fikirlər səsləndirən sabiq deputata jurnalistdən CAVAB: “Bəsdir 2 min manatın davasını apardın!“
Tarix: 13-07-2021 | Saat: 10:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hikmət Hacıyev haqda qeyri-etik fikirlər səsləndirən sabiq deputata jurnalistdən CAVAB: “Bəsdir 2 min manatın davasını apardın!“

Sabiq deputat Etibar Hüseynovun "Müsavat TV"nin efirində Prezidentin köməkçisi Hikmət Hacıyev haqda səsləndirdiyi qarayaxma fikirlərə jurnalist Eynulla Fətullayev sərt reaksiya verib.

Qarabaginfo.az xəbər verir ki, jurnalist “facebook” səhifəsində Etibar Hüseynova belə bir sual ünvanlayıb:

“Jurnalist Etibar Hüseynova bir sualım var. Məgər parlaq prezidentin ətrafında istedadlı və qabiliyyətli məmurlar olmamalıdır? Prezidentin ətrafı boz rəngdən və boşluqdan ibarət olmalıdır? Azad düşüncəni və həyata fərqli baxışları boğan həsənovçuluq və ya mahmudovçuluq çiçəklənməlidir? Nədən narazısan? Həsənovun bulanıq qara kassasından axan korrupsiya qoxulu 2 min manatın yoxa çıxmasından? Şəxsi maraqlarından çıxış edirsən?

Bəsdir 2 min manatın davasını apardın! Məgər prezidentin qədəm qoyduğu yeni islahat epoxasından doğan plüralistik siyasət və sivil sistemin formalaşması ölkənin maraqlarına ziddirmi? Səni anlamadım, çünki mühafizəkar, gerizəkalı, iqtidarımızı uçuruma aparan məmurların iflasından və ifşasından kədərlənirsənmi? Çünki bu meydanda sənə və söyüşlərinə artıq yer yoxdur? Çünki yeni epoxada söyüşü təfəkkür və zəka əvəz edir?”

Qeyd edək ki, sabiq deputat Etibar Hüseynov Müsavat TV-nin efirində Prezidentin köməkçisi Hikmət Hacıyev haqda qeyri-etik fikirlər səsləndirib.(Yenisabah.az)



Xəbəri paylaş

1309 dəfə oxunub.

Digər xəbərlər
23-10-2020, 11:05 Xəzərdə zəlzələ olub