Saytımızı qiymətləndirin


 
 

Ukrayna təmsilçisi “Avroviziya 2022”-də iştirakdan imtina edib
Tarix: 16-02-2022 | Saat: 18:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Alina Paş

Ukraynanın “Avroviziya 2022” milli seçimində qalib gələn Alina Paş 2015-ci ildə Krıma səfəri ilə bağlı yaranmış vəziyyətə görə müsabiqədən imtina etdiyini açıqlayıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Alina Paş fevralın 12-də Ukraynanın “Avroviziya 2022” mahnı müsabiqəsi üçün milli seçiminin qalibi olub. Hələ son seçim başlamamışdan əvvəl müğənninin 2015-ci ildə Krımda çıxış etdiyini daha əvvəl müsahibəsində etiraf etdiyi üçün müsabiqənin pərəstişkarları etiraz aksiyası keçiriblər. Daha sonra ifaçı Ukraynanın Krımla sərhədini qanuni yolla keçdiyini təsdiq edən sənəd təqdim etsə də, sonradan ölkənin Dövlət Sərhəd Xidməti onun hansı sənəddən bəhs etdiyini bilmədiyini bildirib. Bununla bağlı sosial şəbəkələrdə müğənni tənqid edilib.



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər