Saytımızı qiymətləndirin


 
 

Tahir Gözəl: “Qarabağ” bu il birinci dəfə azad “Qarabağ” kimi meydana çıxdı"
Tarix: 13-12-2021 | Saat: 13:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Tahir Gözəl: “Qarabağ” bu il birinci dəfə azad “Qarabağ” kimi meydana çıxdı"

“Bu il hamımız üçün başqa mənası olan əlamətdar ildir”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən təşkil edilən “İlin Qalibləri-2021” layihəsində çıxış edərkən deyib. İlin komandası nominasiyasının qalibi seçilən “Qarabağ” adından mükafatı alan Tahir Gözəl fikrini bu sözlərlə davam etdirib: “Qarabağ” bu il birinci dəfə azad “Qarabağ” kimi meydana çıxdı və Azərbaycan tarixində böyük nailiyyət qazandı. Ardıcıl 8 dəfə avrokuboklarda oynamaqla “Qarabağ” Avropada 1000 klub arasında 18-ci yerdədir. Bu, möhtəşəm uğurdur. Yaradılan qol vəziyyətlərin, istifadə olunan kornerlərlə ilk sıralardayıq. Bunun məhz bu il olması daha əlamətdardır. Bu il tarixin içində tarixə şahidlik edirik. Bu uğurun ən böyük zəhmətkeşi Qurban Qurbanova, komandamızın buralara gəlməsində əməyi olan Rəşad Sadıqova təşəkkür edirəm. Həmçinin Atam Abdulbari Gözəl bəyə təşəkkürümü bildirirəm. Zəfərin baş memarı və “Qarabağ”ın ən böyük dəstəkçisi cənab Prezidentimizə minnətdaram. Onunla görüşdə “Qarabağ”ın əzmindən, komandamıza olan növbəti haqsızlıqdan danışdıq. O hakimlərə sözüm var. Sizlər “Qarabağ”ı tanımırsız. Kəs səsini əbsəm ol. Biz iradə və səbirlə yolumuza davam edirik. Hakim falan görmürük. Biz böyük mənəvi dəyərlərə malik olan klubuq, bir ailəyik. Xalqımız arxamızda olsun. Qarabağı necə aldıq? Özümüz”.



Xəbəri paylaş

1318 dəfə oxunub.

Digər xəbərlər