“Rusiya Qarabağdakı hərbi mövcudluğunu iqtisadi ekspansiya ilə qoşalaşdırmağa ehtiyac duyur...” – Erməni ekspert
Tarix: 11-07-2021 | Saat: 19:55
Bölmə:Karusel / Region | çapa göndər
1370 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-07-2021 | Saat: 19:55
Bölmə:Karusel / Region | çapa göndər

“Həqiqətən Qarabağın iqtisadi tənəzzülü və erməni əhalisinin kütləvi şəkildə köçməsi halında Rusiya Federasiyası bölgədəki hərbi mövcudluğunun legitimliyini itirəcəkdir...”
"İşsizlik, ağır sosial şərtlər, müharibədən sonrakı stresli vəziyyət və gələcəyə sarsılmış inam çox yaxın gələcəkdə respublikanın(söhbət Qarabağdakı separatçı rejimdən gedir-S.L.) əhalisini azaldıb Qarabağ problemini avtomatik olaraq Azərbaycanın xeyrinə həll edə bilər”.
Qarabaginfo.az xəbər verir ki, qondarma separatçı-terrorçu rejimin mövcud acınacaqlı durumu haqda bu fikri erməni ekspert Boqdan Atanesyan qəsbkar Ermənistanın “Qolos Armeniyi” nəşrindəki “Qarabağ və Azərbaycanda yeni iqtisadi reallıqlar” başlıqlı məqaləsində ifadə edib
“...Xankəndində(erməni müəllif “Stepanakertdə” yazır-S.L.) demək olar ki, qızğın bir sürətlə normal yaşayış şəraitini bərpa etmək və iqtisadiyyatı yeni gerçəkliklərə uyğunlaşdırmaq üçün işlər aparılır. Və bu işlər Moskvanın ən yaxın mənada birbaşa iştirakı ilə həyata keçirilir. Baxmayaraq ki, Rusiya belə bir gündəmdən uzaq olduğunu nümayiş etdirir. Həqiqətən Qarabağın iqtisadi tənəzzülü və erməni əhalisinin kütləvi şəkildə köçməsi halında Rusiya Federasiyası bölgədəki hərbi mövcudluğunun legitimliyini itirəcəkdir. Qeyd edək ki, Qarabağdakı(erməni müəllif “Artsax” yazır – S.L.) sülhməramlı kontingent özlüyündə Xankəndi üçün artıq müsbət rol oynayan Rusiya pulunun Qarabağ iqtisadiyyatına yeridilməsi üçün kifayət qədər ciddi bir kanaldır. Vaxt keçdikcə bu, Bakının necə yanaşmasından asılı olmayaraq, Rusiya tərəfindən Qarabağ iqtisadiyyatına birbaşa investisiyalara yol aça bilər.
Təbii ki, investisiyaların məqsədi və faydaları maliyyə və maddi aspektlərdən daha çox siyasi olacaqdır. Çünki Rusiya təcili olaraq Qarabağdakı hərbi mövcudluğunu iqtisadi ekspansiya ilə qoşalaşdırmağa ehtiyac duyur ki, bu da ondan əlçatmaz xərclər tələb etməyəcəkdir” –deyə erməni ekspert vurğulayır.
P.S....
Moderator.az
Xəbəri paylaş
Digər xəbərlər
13-05-2022, 22:09
Salyanda baş verən qəzada azyaşlı ölüb
10-01-2023, 16:06
Paşinyan bu dəfə Rusiyanı TƏRİFLƏDİ
1-12-2021, 13:37
Şəhid sərhədçilər II Şəhidlər xiyabanında dəfn olunacaq
7-07-2026, 22:58
ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
20-01-2022, 17:56
Türkiyənin vitse-prezidenti Azərbaycana başsağlığı verib
28-09-2026, 22:19
37 yaşlı yeni başçının - Dosyesi
5-10-2021, 17:15
Prezident Cəbrayılda kövrəldi - Video
14-05-2022, 23:33
"Avroviziya 2022" beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb
17-07-2022, 21:27
“Ukraynada “Harpun” raketlərini və “HIMARS” raket sistemini vurduq” - İqor Konaşenkov

















