Saytımızı qiymətləndirin


 
 

“Ukraynada “Harpun” raketlərini və “HIMARS” raket sistemini vurduq” - İqor Konaşenkov
Tarix: 17-07-2022 | Saat: 21:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Ukraynada “Harpun” raketlərini və “HIMARS” raket sistemini vurduq”

Rusiya Odessada NATO ölkələrindən göndərilən “Harpun” raketlərinin saxlandığı anbarı, Donetsk bölgəsində ABŞ istehsalı olan “HIMARS” yüksək performanslı artilleriya raket sistemlərinin buraxılış qurğusu və daşıyıcısını vurduqlarını açıqlayıb.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib.

Konaşenkov Ukrayna ordusunun Xarkov vilayətinin Çuquyev şəhərindəki 92-ci Mexanikləşdirilmiş Bölməsinin müvəqqəti yerləşdiyi əraziyə Rusiya Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində 200-ə yaxın Ukrayna əsgərinin yüksək dəqiqlikli raketlərlə vurulduğunu və onların hərbi obyektlərə hücum etdiyini bildirib.

Rus döyüş təyyarələrinin Donetsk vilayətində Slavyansk yaxınlığında havada Ukrayna Hərbi Hava Qüvvələrinə aid Mi-17 hərbi helikopterini vurduğunu bildirən Konaşenkov, hava hücumundan müdafiə sistemlərinin Xarkov vilayətində Velikaya Kamişevahada Ukraynaya məxsus Su-25 döyüş təyyarəsini və Bolşiye Prohodi yaxınlığında pilotsuz uçuş aparatını vurduğunu qeyd edib.



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər