Saytımızı qiymətləndirin


 
 

Paşinyanın mübhəm gecə qəbulları – Kiminlə məsləhətləşir?
Tarix: 07-07-2021 | Saat: 12:05
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyanın mübhəm gecə qəbulları – Kiminlə məsləhətləşir?

 

“Konstitusiya Məhkəməsinin üzvü Vaqe Qriqoryan Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana gecələr baş çəkir və müxtəlif hüquqi mövzularda ona məsləhət verir”.

Qarabaginfo.az xəbər verir ki, bunu "Joxovurd" qəzeti yazıb.

Ermənistan nəşri mövzunu inkişaf qeyd edir: “Qriqoryan son vaxtlar Paşinyanın yanına tez-tez gəlir. Aralarındakı münasibətlər bir neçə ay ərzində normallaşıb.

Xatırladaq ki, iyulun 2-də dörd siyasi qüvvə növbədənkənar seçkilərin nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Paşinyan bu məsələdə Vaqe Qriqoryanla da məsləhətləşir, içəridən ona məlumat verir. Bunu "Ermənistan" bloku aşkarlayıb, odur ki, Vaqe Qriqoryanın müraciətlərinin baxılmasında iştirak etməməsini tələb edib. Lakin Konstitusiya Məhkəməsi bu tələbdən boyun qaçırıb.

Fakt budur ki, Vaqe Qriqoryan Konstitusiya Məhkəməsinin üzvüdür və onun iclasda iştirakını qadağan edən heç bir inandırıcı fakt yoxdur. Bir neçə gündür ki, bu məsələlərdə Qriqoryanla danışmağa çalışırıq, amma o, telefon zənglərimizə qəti şəkildə cavab verməkdən imtina edir”. (Yenisabah.az)



Xəbəri paylaş

1297 dəfə oxunub.

Digər xəbərlər