Saytımızı qiymətləndirin


 
 

Paşinyandan seçkidən sonra İLK AÇIQLAMA
Tarix: 21-06-2021 | Saat: 10:44
Bölmə:Karusel / Region | çapa göndər

 

 

““Vətəndaş müqaviləsi” partiyası ölkənin yeni parlamentində konstitusiya çoxluğunu əldə edəcək”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan öz feysbuk səhifəsində yazıb.

“Vətəndaş müqaviləsi” partiyası hökuməti quracaq”,- deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, MSK-nın məlumatına görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. O, seçicilərin 53.92 faizinin etimadını qazanıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21.04 faiz səslə ikinci olub.

“Mənim şərəfim var” bloku 5.23 faiz, “Çiçəklənən Ermənistan” partiyası isə 3.96 faiz səslə uduzublar. “Aydınlanmış Ermənistan” 1.22 faiz, Erməni Milli Konqresi 1.54% faiz səslə sonuncu pillədə qərarlaşıblar.

Ermənistandakı seçkilərdə 1 milyon 281 min 911 nəfər səs verib. (Manset.az)



Xəbəri paylaş

1285 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70