Saytımızı qiymətləndirin


 
 

AVRO-2020: İtaliya millisi Tarixi rekordunu təkrarlayıb
Tarix: 20-06-2021 | Saat: 22:04
Bölmə:Karusel / İdman | çapa göndər

 

<span class="red_color">AVRO-2020: </span>İtaliya millisi Tarixi rekordunu təkrarlayıb

İtaliya milli komandası tarixinin rekordunu təkrarlayıb.

Qarabaginfo.az saytının məlumatına görə, Roberto Mançininin yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını 30-a çatdırıb.

Bu, AVRO-2020-nin III turunun Uelslə matçında rəsmiləşib. 1:0 hesablı qələbə ilə seriya 30 oyuna yüksəlib.

Appeninlilər sonuncu dəfə 2018-ci il sentyabrın 10-da uduzub. Həmin gün İtaliya Portuqaliyaya 0:1 hesabı ilə məğlub olub.

Bu, İtaliya millisinin tarixinin rekordunun təkrarıdır. 1935-39-cu illərdə Vittorio Potsonun yetirmələri də 30 matçda uduzmayıb.

İtaliya millisi həm də ardıcıl 11-ci quru hesablı qələbəsini qazanıb. Ötən il oktyabrın 14-də Niderlandla görüşdən (1:1) sonra “Skuadra Adzurra”nın qapısı toxunulmazdır.

Qeyd edək ki, məğlubiyyətsizlikdə dünya rekordu İspaniyaya məxsusdur. Onlar 2007-09-cu illərdə 35 matçda uduzmayıb. (Apasöort)



Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər