Ana Sayfa > Karusel / İdman > AVRO-2020: İtaliya millisi Tarixi rekordunu təkrarlayıb
AVRO-2020: İtaliya millisi Tarixi rekordunu təkrarlayıb20-06-2021, 22:04. Yazar: Admin |
İtaliya milli komandası tarixinin rekordunu təkrarlayıb. Qarabaginfo.az saytının məlumatına görə, Roberto Mançininin yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını 30-a çatdırıb. Bu, AVRO-2020-nin III turunun Uelslə matçında rəsmiləşib. 1:0 hesablı qələbə ilə seriya 30 oyuna yüksəlib. Appeninlilər sonuncu dəfə 2018-ci il sentyabrın 10-da uduzub. Həmin gün İtaliya Portuqaliyaya 0:1 hesabı ilə məğlub olub. Bu, İtaliya millisinin tarixinin rekordunun təkrarıdır. 1935-39-cu illərdə Vittorio Potsonun yetirmələri də 30 matçda uduzmayıb. İtaliya millisi həm də ardıcıl 11-ci quru hesablı qələbəsini qazanıb. Ötən il oktyabrın 14-də Niderlandla görüşdən (1:1) sonra “Skuadra Adzurra”nın qapısı toxunulmazdır. Qeyd edək ki, məğlubiyyətsizlikdə dünya rekordu İspaniyaya məxsusdur. Onlar 2007-09-cu illərdə 35 matçda uduzmayıb. (Apasöort) Geri dön |