"44 günlük müharibə dövründə biz "30 ilin həsrəti, 44 günün zəfəri" adlı kitab hazırladıq, 10 günə nəşr olunacaq"
Tarix: 19-06-2021 | Saat: 08:34
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1859 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-06-2021 | Saat: 08:34
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Azərbaycana gəlməsi, Qurtuluş günümüzü bizimlə birlikdə qeyd etməsi, Şuşada bəyannamələrə imza atması tariximiz üçün böyük bir hadisədir. Bu Azərbaycanı sığortalayan bir qərardır"
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib. O daha sonra əlavə edib.
"Azərbaycan bundan sonra heç bir təcavüz qarşısında tək qalmayacaq, Türkiyə kimi qüdrətli bir müttəfiqlə bərabər olacaq. Bunun çox böyük bir əhəmiyyəti var. Amma bu bəyannamə heç kəsə qarşı yönəlməyib, heç kəs hesab etməsin ki, bu müqavilə hansısa dövlətə qarşıdır. Bu sadəcə öz ərazimizi, ərazi bütövlüyümüzü qorumaq, Azərbaycanın əzəli torpaqlarını saxlamaq üçündür. Ona görə də mən bu sazişi, görüşü yüksək qiymətləndirirəm. Cənab prezidentimizin qüdrəti sayəsində 44 günə biz inanılmaz bir şanlı qələbə əldə etdik. Müharibə illərində də, indi də Türkiyənin bizə mənəvi dəstəyi olub. Görüş üçün arxa fonda uçuq binanın olması da simvolik olaraq seçilmişdi ki, bütün dünya görsün ki, ermənilər "öz şəhərimiz" adlandırdıqları Şuşanı görün nə hala salıblar. Pənah xanın doğulduğu, Natəvanın, Üzeyirin yaşadığı torpağı erməni şəhəri adlandırmaq gülüncdür. Madam ki, öz şəhəriniz idi, niyə xarabalıqa çevirmişdiz? Onlar vandallardır" deyə Anar bildirib.
Xalq yazıçısı bildirib ki, Azərbaycan Yazıçılar Birliyi Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaq üçün kitab nəşr edib.
"44 günlük müharibə dövründə biz "30 ilin həsrəti, 44 günün zəfəri" adlı kitab hazırladıq, 10 günə nəşr olunacaq. Bu kitabda işğaldan azad olunmuş 8 rayonumuzdan çıxan yazıçıların yazıları dərc olunub. Bundan başqa kitabda Qarabağa aid şeirlər öz yerini tapıb. Hələ ki, kitabı öz dilimizdə nəşr edirik, gələcəkdə inglis və rus dillərində də nəşr etdirə bilsək çox yaxşı olar" deyə o bildirib.
Anar Azərbaycan Yazıçılar Birliyinin birinci katibliyi vəzifəsinin Xalq yazıçısı Çingiz Abdullayevə həvalə olunmasından da danışıb.
"Təbii ki, bu müvəqqəti xarakter daşıyır. Çünki sədr də, katib də yalnız qurultay yolu ilə seçilə bilər. Qurultay olandan sonra bu işə baxacağıq, indi hələ ki, müvəqqəti əvəz edir" deyə xalq yazıçısı bildirib. (Moderator)
Xəbəri paylaş
Digər xəbərlər
5-03-2021, 14:41
Azərbaycanda siyasi partiyaların sayı 56 oldu
2-11-2021, 11:48
ABŞ-ın Azərbaycandakı səfiri niyə İrəvana gedir? - SƏBƏB
24-06-2024, 08:17
Dağıstanda terrorçuların hücumundan sonra ölənlərin sayı 15-ə çatıb
23-03-2022, 22:35
Avropada qazın qiyməti qalxdı
1-06-2022, 14:16
Ordumuz mövqelərə çıxdı, ermənilər təlaşlandı
24-08-2022, 17:18
Azərbaycanda daha 653 nəfər COVID-19-a yoluxub
8-10-2018, 10:54
“İnterpol”un keçmiş rəhbəri korrupsiyada şübhəli bilinir
29-07-2022, 15:41
Kursantların praktiki məşğələləri başa çatıb
16-03-2022, 16:53
Fransa prezidentliyinə namizəd Pekres hücuma məruz qalıb

















