Saytımızı qiymətləndirin


 
 

Ordumuz mövqelərə çıxdı, ermənilər təlaşlandı
Tarix: 01-06-2022 | Saat: 14:16
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Ermənistanın səsləndirdiyi iddiaların heç bir əsası yoxdur. Çünki BMT çərçivəsində tanınmış sərhədlərimiz daxilində Azərbaycan Ordusunun istənilən fəaliyyət hüququ var və buna qarşı səs-küy qaldırmaq sağlam məntiqə sığmır.

Qarabaginfo.az-ın xəbərinə görə, bu sözləri Axar.az-a Ordumuzun Zəngəzurun Qafan rayonunun Nerkin And kəndinin qarşısındakı dağlıq ərazidəki 2021-ci il mart mövqelərinə yenidən qayıtması barədə Ermənistan mediasının yaydığı məlumatı şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan Ordusunun öz sərhədləri daxilində hansı addım atacağını özü müəyyənləşdirir:

“Azərbaycan Ordusu ölkəmizin sərhədləri daxilində yerləşmək və oranın təhlükəsizliyini təmin etmək hüququna malikdir. Buna Ermənistan tərəfinin hansısa “təlaşı” xoflanmaqdan başqa bir şey deyil. Digər tərəfdən, əgər Ermənistan Ordumuzun sərhədlərimiz daxilində manevrlərindən panikaya düşmək istəmirsə, sərhədlərin delimitasiya və demarkasiya prosesini sürələndirməli, sülh sazişinin imzalanmasına nail olmalıdır. Əks halda Azərbaycan özününkü olanı əldə etmək üçün irəliləməyə davam edəcək, Ermənistan isə ancaq bəyanat səsləndirməli olacaq”.

 



Xəbəri paylaş

288 dəfə oxunub.

Digər xəbərlər