Saytımızı qiymətləndirin


 
 

Bayden hədələdi: Putinə qarşı şəxsi sanksiyalar verilə bilər
Tarix: 26-01-2022 | Saat: 11:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya Ukraynaya müdaxilə edərsə, Vaşinqton Rusiya lideri Vladimir Putinə qarşı sanksiyalar tətbiq edəcək.


Vaşinqtonda jurnalistlər Ağ Ev rəhbərindən "Ukrayna Rusiya qüvvələri tərəfindən işğal olunarsa, Putinə qarşı şəxsi sanksiyaların tətbiqi imkanı"nı görüb-görmədiyi soruşulub.

"Bəli", - Bayden cavab verib: "Mən bunu görürəm".


“Mən çoxdan prezident Putinə açıqladım ki, o, Ukraynaya müdaxiləyə keçərsə, ciddi nəticələr, o cümlədən mühüm iqtisadi sanksiyalar olacaq və mən həmçinin NATO-nun şərq cinahında - Polşa, Rumıniyada mövcudluğumuzu artırmağı zəruri hesab edəcəyəm”, - Amerika lideri bildirib.
 

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov CNN telekanalına müsahibəsində ABŞ-da Rusiya rəhbərliyinə qarşı təklif olunan sanksiyaların iki ölkə arasında münasibətlərin dayandırılmasına səbəb ola biləcəyini bildirmişdi.



Xəbəri paylaş

1272 dəfə oxunub.

Digər xəbərlər
12-10-2022, 13:27 Sabah hava necə olacaq?