Saytımızı qiymətləndirin


 
 

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb
Tarix: 15-06-2021 | Saat: 14:50
Bölmə:Karusel / Region | çapa göndər

 

#

 


Rusiya Prezidenti Vladimir Putin miqrantların hüquqi vəziyyətinin nizamlanması ilə bağlı müvəqqəti tədbirlərin görülməsi haqqında fərman imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, fərmana əsasən əcnəbilərin Rusiya ərazisində qalma müddəti 30 sentyabr 2021-ci il tarixinədək uzadılıb.

Fərmana görə, sentyabrın 30-dək ölkə qanunlarını pozmayan əcnəbilər deportasiya olunmayacaqlar. Miqrantlardan həmin tarixədək Rusiya ərazisində qanuni yaşamaqla bağlı sənədlərini qaydaya salmaq tələb olunur.

 

Rusiya ölkədə qalma müddəti bitən əcnəbilərə iyunun 15-dək Rusiya Federasiyası ərazisini tərk etmək barədə xəbərdarlıq etmişdi.

Bu gün isə ölkədə koronavirusla bağlı vəziyyətin yenidən gərginləşməsi ilə bağlı Rusiya prezidenti tərəfindən COVID-19 infeksiyasının yayılmasının nəticələrini aradan qaldırılması dövründə miqrantların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin nizamlanması ilə bağlı müvəqqəti tədbirlərin görülməsi haqqında fərman imzalanıb.



Xəbəri paylaş

1290 dəfə oxunub.

Digər xəbərlər