Ana Sayfa > Karusel / Region > Putin miqrantların Rusiyada qalma müddətini uzadıb
Putin miqrantların Rusiyada qalma müddətini uzadıb15-06-2021, 14:50. Yazar: Admin |
Rusiya Prezidenti Vladimir Putin miqrantların hüquqi vəziyyətinin nizamlanması ilə bağlı müvəqqəti tədbirlərin görülməsi haqqında fərman imzalayıb. Qarabaginfo.az xəbər verir ki, fərmana əsasən əcnəbilərin Rusiya ərazisində qalma müddəti 30 sentyabr 2021-ci il tarixinədək uzadılıb. Fərmana görə, sentyabrın 30-dək ölkə qanunlarını pozmayan əcnəbilər deportasiya olunmayacaqlar. Miqrantlardan həmin tarixədək Rusiya ərazisində qanuni yaşamaqla bağlı sənədlərini qaydaya salmaq tələb olunur.
Rusiya ölkədə qalma müddəti bitən əcnəbilərə iyunun 15-dək Rusiya Federasiyası ərazisini tərk etmək barədə xəbərdarlıq etmişdi. Bu gün isə ölkədə koronavirusla bağlı vəziyyətin yenidən gərginləşməsi ilə bağlı Rusiya prezidenti tərəfindən COVID-19 infeksiyasının yayılmasının nəticələrini aradan qaldırılması dövründə miqrantların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin nizamlanması ilə bağlı müvəqqəti tədbirlərin görülməsi haqqında fərman imzalanıb. Geri dön |