Saytımızı qiymətləndirin


 
 

Professor Aygün Attar babasının məzarına baş çəkmək üçün Ərdoğanla Şuşaya gedir
Tarix: 15-06-2021 | Saat: 11:38
Bölmə:Karusel / Siyasət / Qarabağ | çapa göndər

Türkiyə prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, keçmiş rektor, əslən Azərbaycandan olan professor Aygün Attar prezident Rəcəb Tayyib Ərdoğanı Şuşaya səfərdə müşaiyət edən nümayəndə heyətinin tərkibində yer alır.

Qarabaginfo.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, Aygün Attar Şuşada babasının məzarını ziyarət edəcəyini bildirir.

 

“Ruhun şad olsun, babam. Hörmətli prezidentimiz Ərdoğanın Azərbaycana ziyarətində rəsmi heyətin üzvü olaraq nəvən Can Azərbaycana, sənin əbəbi ziyarətgahının yerləşdiyi Şuşaya gəlir. Torpağına üzümü sürtməyə gəlirəm, Vətən...Qəhrəman şəhidlərimizin qan tökərək işğaldan azad etdiyi yerləri öpməyə, ətrini duymağa, onların əziz ruhu qarşısında baş əyməyə gəlirəm.

Müzəffər Ali baş komandan və igid Azərbaycan xalqına minlərlə dəfə halal olsun, üzümüz ağ, başımız dik gəlirik. Göz bəbəyimiz Türkiyəyə və xüsusən də savaşın əvvəlindən sonuna qədər yanımızda dimdik dayanan hörmətli Ərdoğana minlərlə dəfə təşəkkür. Gözümüz aydın olsun. Türkiyə- Azərbaycan bərabərliyi əbədiyyən var olsun”,-Aygün Attar yazıb. (Virtualaz.org)

 

 



Xəbəri paylaş

1312 dəfə oxunub.

Digər xəbərlər