Tarix: 27-08-2026 | Saat: 20:31
Bölmə:Karusel / Siyasət | çapa göndər
İran Prezidenti Məsud Pezeşkian Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşüb.
Qarabaginfo.az-ın məlumatına görə, Pezeşkian görüş zamanı İranın müharibə və münaqişənin genişləndirilməsinin tərəfdarı olmadığını bildirib. Onun sözlərinə görə, məsələlər güc nümayişi və müharibə yolu ilə deyil, dialoq vasitəsilə həll edilməlidir.
“Müharibə İrana təlqin edildi və onun davam etməsi ölkə, region və dünya üçün zərərlidir. İran müharibə axtarmayıb, axtarmır və axtarmayacaq, lakin zorakılıq qarşısında da geri çəkilməyəcək”, – deyə Pezeşkian bildirib.
İran Prezidenti ABŞ-ın İrana hücumlarını beynəlxalq hüququn prinsiplərinə zidd adlandırıb və İranın qanuni hüquqlarından artıq heç nə tələb etmədiyini vurğulayıb.
Pezeşkian sülh və təhlükəsizliyin təmin olunması istiqamətində Qətər, Pakistan, Oman və digər ölkələrin səylərini yüksək qiymətləndirib. O, Qətər əmirini İrana səfərə dəvət edib.
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani isə bildirib ki, Qətər regionda sabitliyin bərpasına çalışır.
“İran xalqı Qətər xalqının dini qardaşlarıdır. Müharibə regionun daxilindən başlamayıb, regiona kənardan təlqin edilib. Lakin müharibənin xərclərini regionun bütün ölkələri ödəyir”, – deyə Al Tani qeyd edib.
O, diplomatiya və rasional yanaşma vasitəsilə regiona sabitlik, təhlükəsizlik və iqtisadi sakitliyin qaytarılmasının vacibliyini vurğulayıb.
Digər xəbərlər



















