Saytımızı qiymətləndirin


 
 

Tramp BRİCS ölkələrini gömrük rüsumları ilə hədələyib
Tarix: 01-12-2024 | Saat: 10:05
Bölmə:Karusel / Dünya | çapa göndər

Tramp BRİCS ölkələrini gömrük rüsumları ilə hədələyib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp BRİCS ölkələrini hədələyib.

Qarabaginfo.az xəbər verir ki, “Truth” sosial şəbəkəsindəki hesabında məsələyə münasibət bildirən Tramp BRİCS qrupuna xəbərdarlıq edib ki, əgər onlar yeni valyuta yaratsalar, ABŞ hökuməti bu ölkələrə qarşı gömrük rüsumlarını 100 faiz artıracaq.

"Biz istəyirik ki, bu ölkələr yeni BRİCS valyutası yaratmayacaqları və ya güclü ABŞ dollarını əvəz edəcək başqa valyutanı dəstəkləməyəcəkləri barədə öhdəlik götürsünlər. Əks halda, onlar 100 faiz tariflərlə üzləşəcək və böyük ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar. Onlar gedib özlərinə başqa avam tapsınlar. BRİCS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi mümkün deyil və buna cəhd edən hər bir ölkə Amerika ilə vidalaşmalıdır”, - deyə tramp bildirib.



Xəbəri paylaş

49 dəfə oxunub.

Digər xəbərlər