Saytımızı qiymətləndirin


 
 

DİN qəza törədən “Range-Rover”lə bağlı açıqlama verdi: sükan arxasında maşının sahibi olmayıb
Tarix: 14-06-2021 | Saat: 11:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

Daxili İşlər Nazirliyi (DİN) Novxanı-Sumqayıt yolunda “Range-Rover”in iştirakı ilə baş verən qəza ilə bağlı məlumat açıqlayıb.

 

Qarabaginfo.az xəbər verir ki, DİN-in mətbat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-a açıqlamasında deyib ki, hadisə gecə saat 1 radələrində Novxanı bağlar sahəsində qeydə alınıb:

“Abşeron rayon sakini Ələsgər Əliyevin idarə etdiyi “Range-Rover” markalı avtomobil və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil toqquşub. Nəticədə “Daewoo Damas”ın sürücüsü və sərnişinləri paytaxt sakinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

“Range-Rover”in sürücüsü Ələsgər Əliyev və avtomobilin sahibi, sərnişin Elşad Kərbalıyev xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi rayon Polis İdarəsinə aparılıblar”.

 

Polis rəisi hazırda rayon polis idarəsi tərəfindən araşdırmalar aparıldığını vurğulayıb. 

Qeyd edək ki, “Range-Rover”in sahibi Elşad Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri, iş adamı Məhərrəm Ağayevin kürəkənidir.



Xəbəri paylaş

1338 dəfə oxunub.

Digər xəbərlər