Saytımızı qiymətləndirin


 
 

Müharibə 19 oktyabrda niyə dayandırılmadı? - Qasparyan
Tarix: 12-06-2021 | Saat: 13:35
Bölmə:Karusel / Region | çapa göndər

 

Bəzi mötərizələri açmalıyıq, amma yayımlanması dövlətimizin mənafelərinə sağalmaz yara vuracaq məlumatlar var. Mənasız ittihamlar səsləndirmək əvəzinə, hərtərəfli araşdırma aparmaq və hər vəzifəli şəxsin günahkarlıq dərəcəsini müəyyənləşdirmək lazımdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş Qərargah rəisi Onik Qasparyan Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın ittihamlarına cavab olaraq deyib.

“Razılaşma hamımız üçün çətin olan şərtlər altında qəbul edildi. Biz “çox pis” və “faciə” arasında seçim etməli idik. Birincini seçdik. Həmin vaxt Ermənistanın başqa variantı yox idi və mən üçtərəfli bəyanatı imzalamağa çağırdım. Onda bildirdim ki, təcili danışıqlar aparmaq lazımdır və anklavlarla (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi) bağlı maddəni bəyanatdan çıxarın. Amma digər iştirakçılar məsuliyyətdən qaçaraq ya susdular, ya da emosional açıqlamalar verdilər. Eyni zamanda, baş nazir mənim arqumentlərimi qəbul etmədi və siyasi komandası ilə müzakirədən yalnız bir neçə saat sonra bəyanatı imzaladı. Cəmiyyətin hissləri üzərində oynamayın və ucuz addımlara müraciət etməyin.

Başqa bir sual, niyə bu vəziyyətə gəlmişik və kimin günahı ucbatından müharibə bizim üçün daha əlverişli şəraitdə 19 oktyabrda dayandırılmadı? Hakimiyyət nümayəndələrinin də eyni həvəslə müharibədən əvvəl, müharibə zamanı və müharibədən sonrakı dövrdə onlara edilən bütün təkliflər barədə danışmalarını istərdim (Ağdamın əvəzinə Hadrutun qaytarılması). Əminəm ki, cəmiyyətin bütün suallarına cavab alacağı gün gələcək”, - Qasparyan bildirib. (Axar.az)

 



Xəbəri paylaş

1290 dəfə oxunub.

Digər xəbərlər