Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN: Həmsədrlərin səfəri Azərbaycan və Ermənistan liderlərinin görüşünə əlverişli şərait yaradacaq
Tarix: 30-09-2021 | Saat: 17:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya XİN: Həmsədrlərin səfəri Azərbaycan və Ermənistan liderlərinin görüşünə əlverişli şərait yaradacaq

 

“Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək ciddi hazırlıq tələb edir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə hazır olmasına dair bəyanatına münasibət bildirərkən deyib.

“Rusiya problemli məsələlərin həllində ali və yüksək səviyyədə müntəzəm dialoqun hər zaman qarşılıqlı anlaşmaya və konstruktiv atmosferin dəstəklənməsinə kömək etdiyi qənaətindədir. Məhz Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə intensiv təmasları sayəsində Qarabağda qan tökülməsi dayandırılıb və üçtərəfli bəyanatı imzalamağa nail olunub. Başa düşürsünüz ki, bu cür yüksək səviyyəli görüşləri təşkil etmək ciddi hazırlıq tələb edir. Minsk Qrupu həmsədrlərinin regiona səfəri bu görüş üçün əlverişli şəraitin yaradılmasına kömək edəcək”, - Rusiya XİN nümayəndəsi vurğulayıb.(Apa)



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər