Rusiya XİN başçısı: “Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin Dağlıq Qarabağa aidiyyəti yoxdur”
Tarix: 09-06-2021 | Saat: 11:53
Bölmə:Karusel / Gündəm | çapa göndər
1406 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-06-2021 | Saat: 11:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan-Ermənistan sərhədində baş verənlərin Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı bildirib.
“Müharibəni kim aparıb, kim döyüşüb məsələsi bizim üçün və bütün sağlam düşüncəli insanlar üçün bağlıdır. Qan tökülməsi dayandırılıb. Müharibə tez bitə, sülhə tez nail oluna bilərdi. Biz vasitəçi olmuşuq. Biz tərəfləri məcbur edə bilməzdik. Biz əmin edirdik ki, bundan sonra qan tökülməsi mənasızdır və olduqca təhlükəlidir. İndi bizim sülhməramlılar öz mandatını icra edirlər. Hansısa böyük insidentlər ümumiyyətlə yoxdur. Bunu Bakıda və İrəvanda da etiraf edirlər. Baş verən kiçik maneələr olduqca tez aradan qaldırılır. Bəli, Azərbaycan-Ermənistan sərhədinin ayrı məntəqələrində gərginlik var. Bunun Dağlıq Qarabağa aidiyyəti yoxdur”, - deyə S. Lavrov qeyd edib.
APA
Xəbəri paylaş
Digər xəbərlər
8-03-2021, 11:23
Xocavənddə polislər işğaldan azad edilmiş ərazilərdən silah-sursat aşkar ediblər - Fotolar
16-09-2021, 15:34
Yoluxanların sayı 2000-dən aşağı düşdü
12-11-2025, 16:39
Ərdoğan təyyarə qəzası ilə bağlı Türkiyə vətəndaşlarını dezinformasiyaya qarşı ayıq olmağa çağırıb
15-02-2022, 17:31
BDU-da dekan seçkiləri başa çatıb
18-07-2026, 06:19
İranın cənubunda üç partlayış baş verib
6-04-2020, 16:50
Akif Çovdarov əfv edildi

















