Ana Sayfa > Karusel / Gündəm > Rusiya XİN başçısı: “Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin Dağlıq Qarabağa aidiyyəti yoxdur”
Rusiya XİN başçısı: “Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin Dağlıq Qarabağa aidiyyəti yoxdur”9-06-2021, 11:53. Yazar: Admin |
Azərbaycan-Ermənistan sərhədində baş verənlərin Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı bildirib. “Müharibəni kim aparıb, kim döyüşüb məsələsi bizim üçün və bütün sağlam düşüncəli insanlar üçün bağlıdır. Qan tökülməsi dayandırılıb. Müharibə tez bitə, sülhə tez nail oluna bilərdi. Biz vasitəçi olmuşuq. Biz tərəfləri məcbur edə bilməzdik. Biz əmin edirdik ki, bundan sonra qan tökülməsi mənasızdır və olduqca təhlükəlidir. İndi bizim sülhməramlılar öz mandatını icra edirlər. Hansısa böyük insidentlər ümumiyyətlə yoxdur. Bunu Bakıda və İrəvanda da etiraf edirlər. Baş verən kiçik maneələr olduqca tez aradan qaldırılır. Bəli, Azərbaycan-Ermənistan sərhədinin ayrı məntəqələrində gərginlik var. Bunun Dağlıq Qarabağa aidiyyəti yoxdur”, - deyə S. Lavrov qeyd edib.
APA
Geri dön |