Saytımızı qiymətləndirin


 
 

“Paşinyanın siyasətindən məyus olan, amma Köçəryana da səs vermək istəməyənlər də çoxdur...”
Tarix: 04-06-2021 | Saat: 10:44
Bölmə:Karusel / Region | çapa göndər

“Paşinyanın siyasətindən məyus olan, amma Köçəryana da səs vermək istəməyənlər də çoxdur...”
"Nə “Çiçəklənən Ermənistan”, nə Serj Sarkisyanın "Şərəf duyuram”  bloku, nə də  Edmon Marukyanın parlamentdə təmsil olunan “Maariflənən Ermənistan” partiyası situasiyanı kökündən dəyişə biləcək..."
 
“Paşinyana qarşı olanların çoxu ruhdan düşüb və seçkilərə getməməkdə qərarlıdır...”
 
“Seçkilərdə əsas rəqiblər Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" və Robert Köçəryanın "Hayastan" blokları olacaq. Köçəryan hazırkı hökumətə qarşı bütün etiraz əhval-ruhiyyələrini öz üzərində cəmləşdirməyə çalışır və böyük ölçüdə buna nail olub”.
 
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri  Rusiya mediasına açqılamasında Ermənistan Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan söyləyib.
 
"Köçəryan özünü bir anti-Nikola çevirməyi bacardı, o, səslərin layiqli bir faizini qazana bilər" deyən politoloq bildirib ki,  bütün müxalifət qüvvələrinin problemi seçicilərini səfərbər etmək çətinliyidir. 
 
"Nikol Paşinyanın seçiciləri səfərbər olub və ona səs verəcək insanlar kifayət qədər intizamlıdırlar və mütəşəkkil şəkildə ona səs verəcəklər. Bunlar əsasən aşağı təhsilli və kəndli insanlardır. Paşinyana qarşı olanların isə çoxu ruhdan düşüb və  ümumiyyətlə, seçkilərə getməməkdə qərarlıdırlar. Eyni zamanda Paşinyanın siyasətindən məyus olanlar, amma Köçəryana da səs vermək istəməyənlər də çoxdur”- deyə  Isgəndəryan qeyd edib.
 
İsgəndəryan hesab edir ki, nə “Çiçəklənən Ermənistan”, nə Serj Sarkisyanın "Şərəf duyuram”  bloku, nə də Edmon Marukyanın parlamentdə təmsil olunan “Maariflənən Ermənistan” partiyası situasiyanı kökündən dəyişib bütün etiraz əhval-ruhiyyəsinin cəmləşdiyi nüvəyə çevrilə bilməyəcəklər.
 
"Ancaq seçkilərə qədərki vaxt o qədər də qısa deyil və vəziyyət dinamikdir - çox şey ölkədəki, sərhəddəki vəziyyətdən asılıdır. Hipotetik olaraq azərbaycanlıların Ermənistan ərazilərinə yenidən girməsi və ya yeni əsirlər ələ keçirilməsi, yaxud  əksinə, Ermənistanın bəzi əsirlərinin qaytarılması seçkilərin nəticələrinə həqiqətən təsir edə bilər"-deyib erməni institut rəhbəri. 
 
Politoloq Paşinyanın "Vətəndaş müqaviləsi" blokunun səslərin yarısından çoxunu ala bilməyəcəyi üçün seçkilərin ikinci turunun keçirilə biləcəyini də düşünür. 
 
“İkinci tur təşviqat kampaniyası müddətini artıracaq və seçkilərin nəticəsini daha az proqnozlaşdırılan edəcək. Əgər Paşinyan  50 % -dən çox səs qazansa, o zaman parlament daha parçalanmış və çoxqütblü olacaq. Yeni koalisiyalar yaranacaq və cəmiyyət daha çox parçalanacaq. Bu vəziyyətdə demək olar ki, qaçılmaz olacaq"- deyə erməni politoloq vurğulayıb. (Moderator.az)


Xəbəri paylaş

1287 dəfə oxunub.

Digər xəbərlər